Bu gün Misli Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.
Offsideplus.az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qonaqlar bu gün məğlub olsalar, rəsmi olaraq I Liqaya düşəcəklər.
Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Paytaxt derbisi avrokuboklar yolunda olduqca vacib qarşılaşmadır.
Misli Premyer Liqası
XXXI tur
20 aprel (şənbə)
16:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.