Bu gün basketbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək.
İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” ilə “Xəzri” üz-üzə gələcək.
“Xəzri” yarımfinalda NTD-İNDİQO-nu, “Neftçi” isə “Sərhədçi”ni məğlub edərək finalda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, matç “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.
Azərbaycan kuboku
Final
20 aprel
15:00. “Xəzri” - “Neftçi”
“Sərhədçi” İdman Mərkəzi
İdman.biz