AZ

Bu bitki ürəyi daim sağlam saxlayır

Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. İtburnu müxtəlif vitamin və mineralları ehtiva edir. Tərkibində C və E vitaminləri, fenoliklər, karotenoidlər, üzvi turşular və əsas yağ turşuları olan fitokimyəvi maddələr mənbəyidir.

 

Bədəni infeksiyalara və soyuqdəymələrə qarşı gücləndirməyə kömək edir. B vitamini ilə zəngin olduğu üçün enerji mübadiləsində, sinir sistemində, böyümə və inkişafda da təsirlidir.

 

İtburnunun faydalarını təqdim edir:

 

– İmmuniteti gücləndirir.

 

– Soyuqdəymə və öskürək üçün sakitləşdiricidir.

 

– İtburnu çayı artrit ağrısını aradan qaldırır.

 

– Dərinin sağlamlığını qoruyur.

 

– Həzmi yaxşılaşdırır.

 

– Qan təzyiqini balanslaşdırır.

 

-İltihabın qarşısını alır.

 

– Ürək sağlamlığını qoruyur.

 

– Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır.(Metbuat.az)

Tarix: 20 Aprel 2024, 08:59   
Seçilən
83
15
Mənbələr
Şərh ()
Bağla