Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar. Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.
Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Tarix: 20 Aprel 2024, 09:00