AZ

Gürcü hücumçunun gözəl qolu II Liqanın bəzəyi oldu - VİDEO+FOTOREPORTAJ

II Liqada XXI turun görüşləri keçirilib.

"Baku Sportinq" öz meydanında "Kürmük Qax"ı qəbul edib.

Qarşılaşma Buzovna təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabdan elə görünə bilər ki, lider 3 xalı asanlıqla ədə edib.

Belə deyil. Turnir cədvəlində axırıncı yerdə gedən Qax təmsilçisi birinci yerin sahibinə müqavimət göstərib, bir neçə təhlükəli epizod yaradıb.

Onlardan yalnız Revazi Otaraşvili «çərçivə»yə düşə bilib. Gürcü hücumçunun qolu kifayət qədər baxımlı alınıb.

Revazi təqribən 25 metr məsafədən birbaşa qapını nişan alıb: top uzaq «doqquzluğ»a sancılıb.

Elman Sultanovun komandası da pis təsir bağışlamayıb. Röyal Nəcəfovu yaddan çıxarmamalıyıq.

AZAL-dan tanıdığımız hücumçu 14-cü qolunu vurmaqla yanaşı, iki məhsuldar ötürməylə yadda qalıb.

Bəlkə də hesabı erkən açmasaydılar, işləri bir qədər çətin olacaqdı. Təcrübə və səviyyə fərqi burada üzə çıxıb.

Xallarını 49-a yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 11 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 40 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Anar Bədəlov
Dördüncü hakim: Fəridə Lütfəliyeva
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Revazi Otaraşvili, 36 (qeyri-idman hərəkəti); Cavidan Ömərli, 83 (qeyri-idman hərəkəti)
Qollar: Hakan Həsənov, 16; Elgün Abbaslı, 34, 78; Elməddin Hüseynzadə, 45; Röyal Nəcəfov, 57 // Revazi Otaraşvili, 44
Artırılan vaxt: I hissədə - yoxdu; II hissədə - yoxdur.

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
10. Elgün Abbaslı
8. Aqşin Paşayev
(15. Azad Rəcəbov, 83)
32. Elməddin Hüseynzadə
2. Ramil Rüstəmov
99. Hakan Həsənov
(6. Ağası Babayev, 46)
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
19. Hüseyn Axundov
17. Hüseyn Əliyev
Baş məşqçi: Elman Sultanov

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
61. Şamil Rəcəbli
85. Cavidan Ömərli
4. Təbriz Feyzullayev
10. Ehtiram Kərimov
(13. Sərxan Mirzəyev, 56)
23. Revazi Otaraşvili
77. Roma Dukaşvili
16. Büsat Süleymanov
11. Nurlan Camallı
21. Rəvan Qurbanzadə
(22. Fərid Məhyəddinov, 68)
Ehtiyat oyunçular:
1. Murtuzəli Cabbarov
44. Surxay Mikayılov
14. Vüqar Məmmədli
26. Fuad Osmanlı
17. Musa Kərimli
99. Elvin Süleymanov
Baş məşqçi: Telman Kərimov

Seçilən
160
Mənbələr
Şərh ()
Bağla