AZ

Sürət həddini aşmaq ona baha başa gəldi

"Lids"in gənc norveçli qapıçısı Kristoffer Klaesson avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə Norveçin Berger şəhərində baş verib. Kristofferin "BMW M5 CS" markalı avtomobili qoruyucu dirəyə çırpılıb.

Norveç mətbuatı bildirir ki, təcili yardım onu ​​dərhal xəstəxanaya aparıb. Polis idarəsinin istintaq şöbəsinin rəhbəri Byörn Brattenq Klaessonun sürücülük vəsiqəsi ləğv edildiyini söyləyib. Onun sərxoş vəziyyətdə avtomobil idarə edib-etməməsi hələ müəyyən edilməsə də, o, sürət həddini aşmaqda ittiham olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
74
4
Mənbələr
Şərh ()
Bağla