AZ

Almaniya mane olur, rus diplomatları isə “dirəşib”

“Almaniya hakimiyyətinin qadağalarına baxmayaraq, Rusiyanın Almaniyadakı səfirliyinin əməkdaşları sovet əsgərlərinin və nasist konsentrasiya düşərgələrinin qurbanlarının xatirəsini yad etmək yolunu tapacaqlar”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyi açıqlama yayıb.

Rusiya diplomatları bu yolla Almaniya hökuməti nümayəndələrinin nasist konslageri əsirlərinin azad edilməsinin 79-cu ildönümü ilə bağlı tədbirlərdə Rusiya nümayəndə heyətini görmək istəməməsinə münasibət bildiriblər.

Səfirlikdən bildirilib ki, Almaniya hakimiyyətinin demarşları Qələbə Günü ilə bağlı Rusiya diplomatik qurumlarının planlarına heç bir təsir göstərməyəcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya hakimiyyətinin Rusiyaya qarşı addımlarını təxribat kimi qiymətləndirib: “Məqsəd tarixi yaddaşın gedişini və nəticələrini anti-Rusiya damarında daha da siyasiləşdirməkdir”.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
138
Mənbələr
Şərh ()
Bağla