AZ

ABŞ-nin İraqa hücumu nəticəsində bir nəfər öldü

ABŞ-nin Bağdaddan 50 km cənubda, şiə milisləri Əl-Həşd əş-Şaabi tərəfindən istifadə edilən Kalsu hərbi bazasına hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Bağdad yaxınlığında yerləşən aviabazada iki güclü partlayış baş verib. Nəticədə aviabazanın ərazisində güclü yanğın baş verib.

Qeyd edək ki, Taci hərbi bazasının da raket atəşinə tutulduğu bildirilirdi. Məlumatı beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi polkovnik Mayls Caggins təsdiqləyib. O, xəsarət alanların olmadığını və yerli təhlükəsizlik qüvvələrinin insidentlə bağlı araşdırma apardığını bildirib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
117
16
Mənbələr
Şərh ()
Bağla