AZ

Gürcüstanda buğda istehsalı azalıb

Bakı. Trend:

Gürcüstanda ötən il 146,6 min ton buğda istehsal edilib, bu da2022-ci illə müqayisədə 6,5 faiz azdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli StatistikaXidməti məlumat yayıb.

Bildirilir ki, Gürcüstanda 2019-cu ildə 100,6 min ton, 2020-ciildə 102,4 min ton, 2021-ci ildə 135,9 min ton, 2022-ci ildə 156min ton buğda istehsal olunub. Lakin 2023-cü ildə buğdaistehsalının həcmi 6,5 faiz azalaraq 146,6 min ton təşkil edib.Ötən il ölkədə buğda əkini sahələri 56,7 min hektar, hər hektardanorta məhsuldarlıq isə 26 sentner olub.

Gürcüstan ildə 700-800 min ton buğda istehlak edir. Ölkəyə buğdaəsasən Qazaxıstan, Ukrayna, ABŞ və Rusiyadan idxal olunur. Xaricdənalınan məhsulun 70 faizi Rusiyanın payına düşür.

Məqalədə:
Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla