AZ

Qastrit riskini azaldan ən asan üsul

Yeməyi yaxşıca çeynəməklə orqanizmə böyük bir yaxşılıq etmiş oluruq. Bu cümləni mütəxəssislər daim təkrarlayırlar. “Rossiya1” telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq proqramının aparıcısı həkim Aleksandr Myasnikovun niyə çeynəməyin bu qədər vacib olduğunu izah edib.

 

“Yeməyin həzmi ağızdan başlayır”, -deyə doktor Myasnikov bildirib. Orada yemək yalnız dişlər tərəfindən doğranmır, həm də tüpürcəklə işlənir. Nəticədə, qida çeynəmək hərtərəfli olaraq faydalıdır, qastrit riskini azaldır.

"Qida parçası dişlənir, tüpürcəkdə isladılır və fermentlər işlərinə başlayır", -deyə həkim qeyd edib.

Ağızda vitaminlərin və digər faydalı maddələrin rahat mənimsənilməsi üçün bir qida parçasının həzmi başlayır. Bu mərhələ olmadan faydalı maddələr mənimsənilmir. Bu səbəbdən tələsik yemək yeməməlisiniz, qidanı yaxşıca çeynəmək vacibdir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
180
Mənbələr
Şərh ()
Bağla