AZ

A Seriyası: “Yuventus” səfərdən xalla qayıdır - VİDEO

İtaliya A Seriyasının 33-cü turunda “Kalyari” “Yuventus”u qəbul edib.

“Unipol Domus” stadionundakı matç 2:2 hesabı ilə başa çatıb.

İlk hissədə “Kalyari”nin futbolçuları Turin klubunun qapısına iki dəfə zərbə endirməyi bacarıblar. Üstəlik, hər iki dəfə meydan sahibləri penaltidən fərqləniblər. 30-cu dəqiqədə Canluka Qaetano, 6 dəqiqə sonra isə Yerri Mina dəqiq olub.

Qonaqlar 62-ci dəqiqədə Duşan Vlahoviçin qolu ilə cavab verib, 87-ci dəqiqədə isə “Kalyari”nin futbolçusu Alberto Dossena topu öz qapısına göndərib - 2:2.

Bugünkü oyundan sonra “Yuventus”un 64 xalı var və Turin komandası turnir cədvəlində üçüncüdür. “Kalyari” isə 32 xalla 13-cü yerdədir.

 

Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla