AZ

ABŞ səfirliyindən işçilərinə İsraildə hərəkət etməyə dair QADAĞA

Amerikanın İsraildəki səfirliyi İsrailin İrana zərbə endirməsi ilə bağlı məlumatın ardınca hökumət işçiləri və onların ailə üzvlərinin şəxsi səyahətini məhdudlaşdırdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News səfirliyin bəyanatına istinadən məlumat yayıb.

“Birləşmiş Ştatların İsraildəki səfirliyi çox ehtiyatlı davranaraq bildirib ki, İsrailin İrana zərbə endirməsi xəbərindən sonra hökumət işçiləri və onların ailə üzvlərinin şəxsi səyahətini məhdudlaşdırır”.

Məhdudiyyətlərin Qüds, Təl-Əviv və Beer-Şebadan kənarda şəxsi səyahətlərə şamil edildiyi aydınlaşdırılır. Səfirlik qeyd edib ki, təhlükəsizlik vəziyyəti ağır olaraq qalır və siyasi vəziyyətdən və “son hadisələrdən” asılı olaraq tez dəyişə bilər.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla