AZ

"Ukrayna heç kimə lazım olmayan əlil bir dövlətdir..."

...Ukrayna heç vaxt nə NATO-nun, nə də Avropa Birliyinin üzvü olmayacaq. Ukraynanın belə bir perspektivi yoxdur. Əslinə qalsa, Avropa İttifaqındakılar da bunu yaxşı anlayılar və elə buna görə dəheç vaxt Ukraynanı təşkilat üzvlüyünə daxil etmək niyyətində olmayıblar.

Əslində elə bu gün də, Avropalı səlahiyyətlilər özlərinə sual verirlər: Ukraynanı birliyə hansı əsaslarla qəbul etməliyik? Ukrayna, əlil bir dövlətdir? Avropa Birliyinə məgər belə bir dövlət lazımdırmı?

Deməli, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunurusların “daha bir dostu”, amerikalı hərbi ekspert Skott Ritter “Dialogue Works”ə müsahibəsində deyib.

O, qeyd etdiyimiz kimi, əminliklə iddia edir ki, Ukrayna nə Avropa İttifaqının, nə də NATO-nun ehtiyacı olmadığı əlil bir dövlətdir.

Onun fikrincə, Stoltenberq, Blinken və digərlərinin guyaKiyevin bu təşkilatlara qəbul edilməsi ilə bağlı sonsuz vədləri sadəcə yalan və mürəkkəb sadizmdir.

...Biz NATO-ya üzvlük üçün körpü qururuq. O zaman deyək ki, bu, dənizə çökmüş Frensis Skott Key körpüsüdür - bərpa olunarsa da, çox yavaş bərpa olunacaq. Reallıq budur. İndi vəziyyət tam olaraq belədir. Ukraynanın gələcəyi yoxdur. Onun gələcəyi yoxdur. O, bitib.

Nə qədər qəribə olsa da, bunu da Skott Ritter “Dialogue Works”ə müsahibəsində deyib.

...Və yeri gəlmişkən, amerikalı hərbi ekspertin Ukrayna ilə müqayisə etdiyi Frensis Skott Key körpüsü bir müddət bundan əvvəl, dəqiq desək, bu ilin martında Baltimorda konteyner gəmisi tərəfindən vurulduqdan sonra yıxılıb və hələ də bərpası yada düşmür...

Ağasəf Babayev

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla