AZ

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib. 

 

Sfera.az bildirir ki, bu heyrətamiz hekayə “TikTok”da 15 milyondan çox baxış toplayıb.

 

Andre Hernandes adlı bloqqer öz səhifəsində evsiz və dilənməklə yaşayan Xorxenin kənarda oturub onun “Ford Mustang” idman avtomobilinə heyranlıqla baxdığı görüntüləri əks etdirən bir video paylaşıb.

 

Daha sonra Hernandez dilənçini yeni avtomobilinə minməyə dəvət edib. Bu videonun da səs yazısı 3,6 milyon baxış toplayıb, viral olub. Bloqqerin izləyiciləri hətta Xorxeyə yemək, yeni döşək almağa və görünüşünü qaydasına salmağa kömək etmək üçün pul bağışlayıblar.


Qeyd edək ki, Xorxe Pineda bir müddət ABŞ-da yaşayıb. Lakin narkotik problemlərinə görə Meksikaya deportasiya edilən Xorxe orada qəza keçirib.

 

Geniş yayılmış video sayəsində Beatris adlı qadın sonuncu dəfə 2011-ci ildə gördüyü və bir daha heç bir xəbər ala bilmədiyi qardaşını tanıyıb. Sonradan məlum olduğu kimi, həmin şəxs bir müddət ABŞ-da yaşayıb, lakin narkotik probleminə görə Meksikaya deportasiya edilib və orada qəza keçirib.

 

Beatris qardaşı ilə yenidən görüşmək üçün 11 saatlıq səyahət edərək, Xorxenin gizləndiyi tərk edilmiş çadırın yanına gəlib.


"Videoya baxdım və ağlamağa başladım. Qardaşım, çox sakit insandır" - deyə qadın bildirib.


Bu təsirli görüşdən sonra Xorxe bacısı ilə birlikdə Amerikaya qayıdıb. Beatris kimi Xorxenin öze də ümid edir ki, indi onun həyatı yaxşılığa doğru dəyişəcək.

 

Aynil

Sfera.az

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla