AZ

Meymun herpesi dünyanı tutacaq..?

...Simian herpes insanlar arasında kütləvi şəkildə yayıla bilərmi? Aprel ayında Honq-Konqda insanda bu virusa ilk yoluxma halı qeydə alındıqdan sonra media həyəcan təbili çalmağa başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, vəziyyəti infeksionist Sergey Voznesenski izah edib.

O bildirib ki, çoxlu sayda herpes növləri var və onlardan yalnız səkkizi insanlar üçün patogendir.

Bununla belə, meymun herpes immun çatışmazlığı olan insanlar üçün təhlükəlidir.

Bu vəziyyətdə xəstəlik hətta ağır ola bilər. Voznesenski əlavə edib ki, bu günə qədər yalnız bir yoluxma halı qeydə alınıb və meymun herpesinin bir insandan digərinə keçmə ehtimalı müəyyən edilməyib.

O, əmindir ki, bu vəziyyətin geniş vüsət aldığını və ya bəşəriyyət üçün təhlükə törətdiyini söyləmək tezdir.

Bundan əvvəl məlum olmuşdu ki, fevralın sonunda Honq-Konqda 37 yaşlı kişi Jinshan Country Parkda primatın hücumuna məruz qalıb.

Xatırladaq ki, fevralın sonunda Honq-Konqda 37 yaşlı kişi primatın hücumuna məruz qalmışdı.

Nazlı

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla