AZ

Pərdəarxası razılaşmalar ifşa olunur:Qərb Ermənistanı fəlakətə sürükləyir

Azərbaycan aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan müzakirələrindən əvvəl bu görüşün, həmçinin ölkəmizə qarşı yönəldiyi barədə məlumatlara sahib olduğu üçün haqlı narahatlığını ifadə etmişdi. Çünki görüşdə Ermənistana geniş hərbi dəstəyin göstərilməsinə dair müzakirələrin və müəyyən razılaşmaların da əldə olunacağı real idi və gizli saxlanılsa da gözlənilən kimi oldu. Görüşdən qısa bir müddət sonra isə “Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əks olunduğu sənəd” mətbuatda yayıldı. ABŞ Dövlət Departamentinin isə yayılmış sənədi “dezinformasiya” adlandırması mövcud reallıqları gizlətməyə hesablanan addım idi. Həmçinin ABŞ anlayır ki, onun Ermənistana açıq şəkildə hərbi dəstəyi ikili standartlar yönündən dəyərləndiriləcək, bu da Azərbaycanla münasibətlərdə durğunluq yaradacaq. Bunun digər bir səbəbi isə müxtəlif tərəflərin əməkdaşlıq etdiyi ölkələrlə əlaqələrini qorumaq məqsədi də daşıyırdı. 

Bu səbəbdən də görüşün əsas məqsədi Ermənistan hökumətinin Qərblə əməkdaşlığı dərinləşdirmək cəhdi kimi təqdim olunur, İrəvanın iqtisadiyyatının və təhlükəsizlik sisteminin şaxələndirilməsinin zəruriliyi kimi izah edilir.

Bir həqiqət də vardır ki, od olmayan yerdən tüstü çıxmaz. Belə ki, Ermənistan mediasında və ictimaiyyətində görüşə böyük ümidlə yanaşılırdı, Qərbdən güclü hərbi dəstəyin əldə ediləcəyi də gözlənilirdi. Paralel olaraq da Azərbaycan, Türkiyə və Rusiya məsələdən xəbərdar olduğu üçün üçtərəfli görüş barədə öz mövqelərini ortaya qoymuşdular. Nəticədə isə görüşün əsas məqamları gizli saxlanıldı. Hətta erməni mediasında görüşün sönük və gözlənilən kimi olmaması barədə fikirlər də yer aldı. Bu da onu deməyə əsas verir ki, daha çox siyasi konyekturaya  görə görüşün əsas məqamları gizli saxlanıldı.

Brüsseldə əldə oluna biləcək qərarların və razılaşmaların dərinliyi barədə fərqli proqnozlar olsa da, hərbi dəstəyin göstərilməsi ilə bağlı sənədin imzalanması məsələsi daha çox vahid mövqe kimi göstərilir.

Əvvələ qayıtsaq, ABŞ Dövlət katibinin və Avropa Komissiyasının Prezidentinin Azərbaycan Prezidentinə telefon zənglərində görüşün nə qədər də Azərbaycana qarşı olmadığına dair sözdə təminat verilsə də, Brüsseldə keçirilən üçtərəfli müzakirənin yekununda İrəvanın güclü şəkildə hərbi cəhətdən təchizatı barədə ortaq mövqe və əməli addımların atılması barədə razılaşdırıldı.  Xatırlayırıq ki, əsasən  ABŞ və Fransa rəsmiləri “Azərbaycan Ermənistana hücum edəcək”, “Ermənistanı təhdidlərdən qorumalıyıq” kimi fikirlər səsləndirirdilər. Bu da güclü hərbi dəstəyin göstərilməsi üçün zəmin hazırlandığını da deməyə əsas verən amillərdəndir.

Lakin yekun pərdəarxası razılaşmalar, Ermənistana sosial və iqtisadi, inkişaf və çətinliklərə qarşı dayanıqlılığın gücləndirilməsi ilə bərabər, birtərəfli hərbi dəstəyin verilməsi Bakı və İrəvan arasında sülh müzakirələrini irəli aparmağa mane olur, Ermənistanı isə məğlub dövlət kimi daha da ruhlandırır.  Nəticədə edilən yardımlarla güclənən Ermənistan regionda 30 il əvvəl olduğu kimi yenə də təhdid faktoru kimi özünəxas fəaliyyətini bərpa edəcək.

Elmir Səftərov,
siyasi şərhçi

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla