AZ

Türkiyə İsraillə İran arasında müharibə olmaını istəmir – Nazirlik bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi öz internet saytında İran və İsrail arasında davam edən münaqişəyə işarə edən bəyanat yayıb. Departament iki ölkə arasındakı gərginliyin yerini hərbi qarşıdurmaya verə biləcəyini bildirib və əlavə edib ki, gərginlik İranın Suriyadakı səfirliyinə hücumla başlayıb: “Biz hadisələri diqqətlə izləyirik.

Bütün tərəfləri daha geniş münaqişələrə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, – Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb. Nazirlik həmçinin Fələstindəki vəziyyətə diqqət yetirməyə çağırıb. Ankara qan tökülməsinə tez son qoyulması və sülhün bərqərar olmasının vacibliyini bəyan edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla