AZ

Nyu-Yorkda bir nəfər Trampın işinə baxan məhkəmə qarşısında özünü yandırdı


“Hələlik şəxsiyyəti məlum olmayan bu şəxs aprelin 19-da ABŞ-nin keçmiş prezidenti Donald Trampın cinayət işi üzrə münsiflər heyətinin seçilməsi prosesinin keçirildiyi Manhettendə məhkəmə binasının qarşısında özünü yandırıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilir ki, gənc özünü yandırmazdan əvvəl məhkəmənin yaxınlığında kağızlar səpələyib. Kişi məhkəmə binasının qarşı tərəfindəki Colt Pond Parkında dayanarkən özünə maye töküb. Onun niyə belə addım atdığı bəlli deyil.
Şahidlər və polis yanğını söndürməyə çalışıb. Zərərçəkmiş təcili tibbi yardım maşını ilə aparılıb və vəziyyəti ağırdır.
Qeyd edilir ki, hadisə parkın Tramp tərəfdarları üçün mühasirəyə alınmış hissəsində baş verib.
Seçilən
104
17
Mənbələr
Şərh ()
Bağla