AZ

Yüksək sürət dəhşətli qəzaya səbəb oldu:5 ölü, 2 yaralı - FOTO

Başqırdıstan Respublikasının Ufa şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 19-da səhər saatlarında Ufa – Orenburq trasının 1-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “VAZ-2115” markalı minik avtomobili eyni istiqamətədə hərəkətdə olan və manevr edən “Kamaz” markalı su səpən maşına çırpılıb. Zərbənin şiddətindən minik avtomobili deformasiyaya uğrayıb. Nəticədə 5 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib. “Kamaz”ın sürücüsü isə xəsarət alımayıb.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.  

Hüquq-mühafizə orqanaları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

image

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla