60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı baş tutub.AzVision.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı keçirilib.
20 aprel – 24 noyabr tarixlərində keçiriləcək biennale "Əcnəbilər hər yerdədir" şüarı altında baş tutur. XVI əsrin unikal memarlıq abidələrindən Kampo della Tanada yerləşən Azərbaycan pavilyonu "Xəzərdən çəhrayı planetə: Mən buradayam" mövzusunda açılıb.
Mədəniyyət naziri Adil Kərimli mərasimdə BƏƏ-li həmkarı Salim bin Xalid Əl-Qasimi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri və birgə mədəni layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrin də təşkilinin əhəmiyyəti vurğulanıb.
Görüşdə "Bakı Prosesi" çərçivəsində 1-3 may tarixlərində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirə aparılıb.
AzVision.az
Qalereya
$(document).ready(function() {
$("#content-slider").lightSlider({
loop:true,
keyPress:true
});
$('#image-gallery').lightSlider({
gallery:true,
item:1, thumbItem:5,
slideMargin: 0,
speed:500,
auto:true,
loop:true,
onSliderLoad: function() {
$('#image-gallery').removeClass('cS-hidden');
}
});
});
$('#basic').simpleLightbox();
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta