AZ

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Bakıdakı Rus evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi / RİMM) “Bakı. Sevgi. Bahar.” festivalı açılıb. Tədbir RİMM fotoklubunun layihəsi çərçivəsində keçirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindənbildirilib ki, festivalın məqsədi Bakıya, fotoqrafiyaya və həyatın özünə aşiq olan istedadlı yaradıcı insanları birləşdirməkdir.

Rəssam Ülviyə Sadıxova qonaqların qarşısında rəngarəng bahar obrazını çəkib.

Fotoqraflar Valeri Bazrux, Aydın Mextiyev, Vsevolod Tsurikov və Hikmət Sadıxovun, həmçinin festivalın digər iştirakçılarının ilin ən ilhamlandırıcı və çiçəklənən fəslində sevgini, baharı, mehriban və romantik Bakını birlikdə ehtiva edən əsərlərinə baxış olub.

Sonda musiqiçi Araz Hümbətlı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Alyona İnyakina çıxış ediblər.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla