AZ

Mərkəzi Afrika Respublikasında Rusiya hərbi bazası yaradılacaq..?

..Mərkəzi Afrika Respublikasında Rusiya hərbi bazası yaradıla bilər.

SİA RTVI-ə istinadən xəbər verir ki, ölkə prezidenti Faustin-Archange Tuadera bu ehtimalı istisna etməyib.

Onun fikrincə, bu, respublikanın şərqində “çox geniş” və ucqar, “mənfi qüvvələrin çox olduğu” yerlərdə yaradıla bilər. Mərkəzi Afrika Respublikasının lideri əlavə edib ki, bazanın yaradılması sərhəd təhlükəsizliyini təmin etməyə kömək edə bilər.

Tuadera Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafı zamanı bu ideyanı öyrənəcəyini vəd edib.

“Heç bir şey istisna edilmir”.

Bunu deyən afrikalı prezidentəlavə edib ki, Rusiya Federasiyası və “rus təlimatçıları” ilə əməkdaşlıq sayəsində ölkə ərazisinin 95 faizdən çoxu artıq hakimiyyətin nəzarəti altındadır.

Bundan əlavə, Rusiya Federasiyası 10 mindən çox hərbçinin hazırlanmasına kömək edib.

Xatırladaq ki, Rusiya Federasiyası Mərkəzi Afrika Respublikası ilə hərbi əməkdaşlıq haqqında sazişi 2018-ci ildə imzalayıb.

Nazlı

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla