AZ

Erməni tağım komandirinin müavini öldü

Ermənistan ordusunun tağım komandirinin müavini, 31 yaşlı Aramais Z.-nin öz evində cəsədi tapılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası DİN-ə istinadla məlumat yayıb.

Bildirilib ki, Böyük Qarakilsə şəhərindəki evinin hamam otağında meyiti tapılan hərbçinin qazdan zəhərləndiyi ehtimal edilir.

Buna baxmayaraq, faktla bağlı “qətl” maddəsi ilə cinayət işi açıb, belə ki, hadisənin qətl olduğu da istisna edilmir.

Seçilən
76
6
Mənbələr
Şərh ()
Bağla