AZ

"Neftçi"nin sabiq rəsmisi şirkət qurdu

"Neftçi"nin sabiq mətbuat katibi Rüstəm Allahverdiyev şirkət yaradıb.

Offsideplus.az xəbər verir ki, "İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başlayıb. Bu sahədə böyük təcrübəsi olan şəxslərin çalışacağı agentlik, ölkə idmanında beynəlxalq təcrübənin tətbiqi ilə sektorun inkişafına öz xidmətini göstərəcək.

Yeni yaradılan agentliyin vizyonu ən yeni təcrübələri tətbiq etməklə ölkə idmanında markalar və yeni biznez sahələri yaradan İQ mərkəz olmaqdır. "İQ Sports" yalnız bu istiqamətdə ixtisaslaşmaqla tərəflərin idarəetmə konsaltinqi olaraq idmanın biznes tərəfindən problemlərin həllində kömək edəcək yeni gəlir mənbələrinin yaradılmasında, inkişafında və nəticələrin optimallaşdırılmasında töhfə verən həllər təqdim etməyi hədəfləyib.

Agentlik idman federasiyalarına, klublara, peşəkar idmançılara və sektorun digər iştirakçılarına media və marketinq kommunikasiya planlarının hazırlanması, xüsusi kontentlərin və sosial media səhifələrinin bu istiqamətdə peşəkar şəkildə idarə edilməsi, reklam və promo video materialların hazırlanması, tədbirlərin əvvəldən sona qədər təşkili, korporativ brendinq hazırlanması, əlavə maliyyə dayaqlarının formalaşması üçün kommersiya layihələrinin hazırlanması və idarə olunması, sponsor və tərəfdaşların tapılması ilə bu münasibətlərin idarə edilməsi, idmançı və məşqçilərin şəxsi brendinqi, eləcə də reklam bazarında təmsil olunması və digər xidmətləri təklif edir.

"İQ Sports" agentliyinin planlarına yaxın gələcəkdə sektorla əlaqəli internet kanal açmaq, idman jurnalisti və marketinqinə istiqamətlənmək istəyən şəxslərə bu sahə üzrə təcrübəli şəxslərin iştirakı ilə treyninqlər təşkil etmək də daxildir.

"İQ Sports" agentliyi media və ictimiayyətlə əlaqələrin peşəkar qurulmasını, həmçinin marketinq sahəsini inkişaf etdirmək istəyən federasiya, klub və idmançılarla əməkdaşlığa hazırdır. Beynəlxalq partnyorların dəstəyi ilə də idman sektoruna bu istiqamətdə öz peşəkar xidmətlərini təklif edir.

Seçilən
117
2
Mənbələr
Şərh ()
Bağla