AZ

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, o, buna parabadmintonçuların qoşa yarışında nail olub.

Sinqapur parabadmintonçusu Tay Vey Minqlə birgə qoşa yarışda mübarizə aparan İ.Əliyev qrup mərhələsini uğurla başa vuraraq 1/4 finala yüksəlib.

İbrahim yer aldığı qoşa yarımfinal uğrunda keçirilən qarşılaşmada Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib - 2:0 (21-13, 21-17).

İdmançı parabadmintonçuların qoşa yarışının yarımfinal mərhələsində Hindistan təmsilçiləri ilə qarşılaşacaq.

 

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla