AZ

CNN: "İran İsrailə cavab verməkdən qorxur..."

...Məlum olduğu kimi, ötən gecə İsrail İrana vəd etdiyi “qisas zərbəsini” həyata keçirib.

...Amma Tehran eskalasiyadan qorxaraq “qisas zərbəsinə”göz yummağa üstünlük verdi.

Maraqlıdır ki, çoxları bunu gözlənilən kimi təqdim edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatlı kəşfiyyat mənbələrinə istinadən CNNyayıb.

İsrailin cavab zərbəsi ölkənin mərkəzi hissəsindəki İsfahan şəhəri yaxınlığındakı aviabazaya endirilib.

Görüntülərə əsasən, hərbi obyektə ciddi ziyan dəyib.

Maraqlıdır ki, Tehran bu faktı inkar edir, hadisənin miqyasını azaltmağa çalışır. Görünür, bu, onların İsrailə qarşı təhdidlərini həyata keçirməmək və vəziyyəti gərginləşdirməmək üçün edilir.

...Qeyd edək ki, son günlər Qərb İsrail hakimiyyətinə güclü təzyiqlər edir, onları İrana qarşı genişmiqyaslı hücumdan əl çəkməyə çağırır.

ABŞ və Avropada böyük əməliyyatın regionda genişmiqyaslı hərbi münaqişəyə səbəb ola biləcəyindən ehtiyatlanır. Görünür, İsrail “bu yalvarışlara” qulaq asıb və kifayət qədər təvazökar bir hücum həyata keçirib.

Münaqişənin hər iki tərəfi, görünür, qızışmaq istəmir.

Onu da qeyd edək ki, bunu CNN dətəsdiqləyir.

...Regional kəşfiyyat mənbəsi bildirib ki, Tehranın zərbəyə cavab verəcəyi gözlənilmir.

Bunu da nəşr yazır.

Ağasəf Babayev

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla