AZ

Kürdəmirdə qəza olub, iki azyaşlı bacı xəsarət alıb - FOTO

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, NİSSAN markalı avtomaşının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər - iki bacılar 2016-cı il təvəllüdlü Aliyə Həsənova və 2018-ci il təvəllüdlü  Bahar Həsənovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.





Bizim.Media, Aran bürosu
 

Seçilən
50
11
Mənbələr
Şərh ()
Bağla