AZ

Tovuzda 34 yaşlı qadın niyə yandırılıb? – TƏFƏRRÜATVİDEO

Tovuzda 34 yaşlı qadın üzərinə benzin tökülərək yandırılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Tovuzun Aşağı Quşçu kəndində baş verib.

Məlumata görə, Şəmkir rayon sakini 34 yaşlı Türkanə Məmmədovanın üzərinə benzin tökülərək od vurulubb. Nəticədə də qadın ağır dərəcəli yanıq xəsarətləri alıb. Zərərçəkən yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə qadının tanışı, Tovuz sakini, 22 yaşlı  Röyal Tağıyev şübhəli bilinir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hadisədən sonra Rayon Polis şöbəsinin əməkdaşları hərəkətə keçib.

TƏBİB-in məlumatına görə, yanıq xəsarətləri alan Tovuz sakini  Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthinin və hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
135
1
Mənbələr
Şərh ()
Bağla