AZ

4 kəndimiz geri qaytarıldı - Prezident İlham Əliyevin bir zəfəri

Bu gün Azərbaycan və Ermənistan arasındakı şərtidövlət sərhəddində Azərbaycanın baş nazirinin müavini ŞahinMustafayevin və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanınsədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycanarasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə komissiyanın səkkizinci görüşükeçirilib.

Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığagəliblər:

1. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (Ermənistan) -Bağanıs Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara(Azərbaycan), Kirants (Ermənistan) – Xeyrımlı (Azərbaycan) vəBerkaber (Ermənistan) - Qızılhacılı (Azərbaycan) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

2. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsvirikoordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraqdəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflərarasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirləsənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

3. Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmışhissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralelyerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinəmüraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiyaprosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhədxəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

4. Paralel olaraq, Azərbaycan ilə Ermənistan arasında dövlətsərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhədtəhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında əsasnaməlayihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü ilmüddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalarprosesinə və müvafiq qaydada tərəflərin dövlətlərininqanunvericiliyinin tələblərinə uyğun olaraq əsasnamənin təsdiqinəbaşlamaq barədə razılığa gəlinib.

5. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanacaqlar. Tərəflər,həmçinin həmin baza prinsipini əsasnamə layihəsində təsbit etməkbarədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan ilə Ermənistanarasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqındasazişdə başqa cür qərara gəlinərsə, o zaman əsasnamənin müvafiqbəndi bu sazişlə müəyyənləşdirilmiş prinsiplərəuyğunlaşdırılacaq).

6. Tərəflər əsasnaməni təsdiq etdikdən sonra növbəliliyirazılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədənanklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davametdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşünkeçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılmasıqərara alınıb.

... Görüşün nəticələrinin ən mühüm detalı işğal altında olan 4qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan tökülmədənAzərbaycana qaytarılmasıdır. Bu da şübhəsiz ki, Azərbaycanın vəşəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanan növbətiböyük qələbədir.

Bu günün önəmli nüanslarından biri də Azərbaycana qarşı irəlisürülən və aylardan bəri gündəmdə saxlanan əsas məqamlar arasındayer alan ittihamın puç olması idi. Fransa və onun təlimatlarınıyerinə yetirən İrəvan isteblişmenti Azərbaycanı "müharibəyəhazırlaşmaq"da, hələ də erməni işğalında olan kəndlərimizi hərbiyolla azad etmək planlarını hazırlamaqda suçlayırdı.

Lakin Azərğaycanla Ermənistan arasında şərti dövlət sərhədininindemarkasiya və delimitasiya prosesinə başlamazdan əvvəl Qazaxrayonunn 4 kəndinin məhz dinc danışıqlar vasitəsilə, razılaşma yoluilə qaytarılması, daha doğrusu, azad edilməsi ilə bağlı anlaşmanınəldə edilməsi Fransa prezidenti Emmanuel Makronun mantra kimitəkrarladığı "aqressiv Azərbaycan" ifadəsinin nə qədər yanlış,əsassız və isterik olduğunu göstərdi.

Daha doğrusu, Fransanın bu verbal geosiyasi konstruksiyası vəittiham modulyasiyası darmadağın oldu.

Eyni zamanda, aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi EntoniBlinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen vəErmənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış məxfimüzakirələrdə əldə edilmiş razılaşmalar çərçivəsində VaşinqtonlaBrüsselin proseslərə kobud müdaxiləsinə də imkan verilmədi.

Göründüyü kimi, Bakının strategiyası özünü tam doğrultdu vəAzərbaycanla Ermənistan arasında aparılan birbaşa, vasitəçilərolmadan reallaşdırılan danışıqlar artıq ilkin nəticələriniverməkdədir.

Bakı aşkar şəkildə nümayiş etdirdi ki, Ermənistan vasitəsiləCənubi Qafqazdakı proseslərə müdaxilə edərək neomüstəmləkəçi,neoimperialist maraqlarını gerçəkləşdirməyə çalışan dövlətlərləqüvvələrin istəkləri regionda sülhlə stabilliyin bərqərar olmasınatöhfə vermək yox, maneələr yaratmaq, yeni risklərlə çağırışlarformalaşadırmaqdır.

30 ildən bəri erməni işğalında olan dörd kəndimizin azadedilməsi, Vətənə qaytarılması Azərbaycanın dövlət başçısı İlhamƏliyevin daha bir qələbəsi, növbəti zəfəridir.

Zəfər spontan hadisə yox, 2020-ci ildəki İkinci QarabağMüharibəsindən sonra Ali Baş Komandanın yürütdüyü siyasətin,reallaşdırdığı diplomatik kursun və fəaliyyətinin bariznümunəsidir.

Seçilən
42
37
Mənbələr
Şərh ()
Bağla