AZ

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil.

BiG.AZ xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışında İsrailin İran ərazisinə hücum təşkil etdiyinə dair iddialarla bağlı açıqlamalar verib.

Baş nazir Sunak, hadisə aydınlaşana qədər spekulyasiya etməyin doğru olmayacağını və təfərrüatları təsdiqləmək üçün ölkəsinin müttəfiqləri ilə birlikdə çalışdığını qeyd edib.

İran mediası İran Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib.

İsfahan vilayətində partlayış səslərinin eşidilməsindən sonra Tehran, İsfahan və Şirazda və İranın bəzi bölgələrində uçuşların dayandırıldığı bildirilib.

Amerika mediası ABŞ rəsmilərinə əsaslanan xəbərlərində İsrailin İran ərazisinə hücum etdiyini yazıb.


BiG.Az
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla