AZ

SON DƏQİQƏ! İsrail yenidən hücum etdi: Ağır zərbələr endirilir

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə hücumları davam etdirir.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə idarənin Telegram kanalında məlumat verilib.

 

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Əl-Mənsuri və Livanın cənubundakı ərazilərdə hərbi infrastruktura hücum etdiyini qeyd  edib.

 

Daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Livanın şərqində şiə Hizbullah hərəkatının hava hücumundan müdafiə sistemi ilə əlaqəli “əhəmiyyətli terror infrastrukturuna” hücum etdiyini bildirib.

 

Aprelin 16-da İsrail ordusu Livanın mərkəzi və qərb bölgələrinə cavabdeh olan “Hizbullah” hərəkatının döyüş qanadının tərkibində “Radvan” xüsusi təyinatlı batalyonunun raket qüvvələrinin komandirlərindən birinin ləğv olunduğunu elan edib.

 

Bir gün əvvəl İsrail ordusunun mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Livandakı Hizbullah hərbi obyektinə zərbələr endirib.

 

Zərbə aprelin 14-nə keçən gecə İsrailin şimalının atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin “Hizbullahın böyük silah istehsal edən obyekti” olduğunu bildirib.

 

Bundan əvvəl İsrail İranın mümkün hücumu fonunda bütün təhsil müəssisələrinin fəaliyyətini qadağan etmiş və arxadan nəzarət sxemini dəyişdirmişdi.

 

Nigar

 

Seçilən
206
34
Mənbələr
Şərh ()
Bağla