AZ

18 xalları silindi, elitanı tərk edəcəklər

style='margin-bottom:10px;'>

Niderland Kral Futbol Assosiasiyasının (KNVB) müstəqil lisenziya komitəsi “Vitess"in ölkə çempionatındakı 18 xalını silib.

QOL.az liqanın saytına istinadən xəbər verir ki, buna səbəb klubun lisenziya qaydalarına əməl etməməsidir. Bu sanksiyaya görə klubun 30 turdan sonra turnir cədvəlində mənfi bir xalı var. Bu səbəbdən “Vitess"in ölkənin yüksək liqasında qalması üçün heç bir şansı yoxdur. Beləliklə, klub 35 ildən sonra ilk dəfə elitanı tərk edəcək.  

Qeyd edək ki, klub rəsmi internet saytında bu qərara etiraz etmək fikrində olmadığını açıqlayıb. "Vitess"in müvəqqəti direktoru Edvin Reyntesin sözlərinə görə, bunun müqabilində klub lisenziyasını saxlamaq şansı əldə edəcək.

Seçilən
110
3
Mənbələr
Şərh ()
Bağla