AZ

Sumqayitda ər və arvadın qətlinin TƏFƏRRÜATLARIVİDEO

Sumqayıtda dəhşətli qətl hadisəsi törədilib. Ər və arvad evdə qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, 62 yaşlı Hakim Məmmədov və onun həyat yoldaşı 59 yaşlı Zərifə Məmmədovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla onların oğlu - 24 yaşlı Fikrət Məmmədovun aralarında yaranmış mübahisə zamanı ata və anasını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qonşular deyir ki, ailə illərdir həmin ünvanda yaşayır və indiyədək aralarında hər hansı münaqişə baş verməyib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ailənin oğlu Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla