AZ

Təmirdən sonra dirəkləri yolun ortasında unutdular:Vəziyyət çətinləşdi - FOTO

Bir ay əvvəl təmirinə başlanan yolun tikintisi tamamlanandan sonra elektrik dirəkləri yolun ortasında qalıb. Avtosfer.az xəbər verir ki, bunu əks etdirən görüntülər Türkiyənin Diyarbəkir əyalətinin Yenişəhər rayonunda qeydə alınıb. 

Buna görə də rayonun muxtarı Ramazan Akçiçek avtomobillərin manevr edərək irəlilədiyi, amma mikroavtobus və avtobusların hərəkət edə bilmədiyi yolun düzəldilməsini tələb edib.

O, “Bu küçənin girişi var, çıxış yoxdur. Ən axıra gedən avtomobillər geri dönmək məcburiyyətində qalır. Bu qədər xərc boşuna çəkilib. Burada yaşayan sakinlər və uşaqlar hər gün avtobusa minmək üçün 1 kilometr yolu piyada qət edirlər. Yolun çıxışı olmadığı üçün nə avtobus, nə də ki, xidməti mikroavtobuslar gələ bilir” - deyib.

 

Namiq Musayev

 

‘ÖNCE

 

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla