AZ

“Həm 1-ci liqadan, həm də premyer-liqadan təkliflərim oldu”

Mövsümün ilk yarısında “Cəbrayıl”ın heyətində çıxış edən Elvin Nəsibov qış fasiləsində keçdiyi “Füzuli”nin heyətində yüksək performans göstərir.

28 yaşlı hücumçu “Cəbrayıl”ın formasını geydiyi 14 turda 10 dəfə fərqlənə bilmişdisə, yeni komandası “Füzuli”nin formasıyla çıxdığı 7 matçda 11 dəfə rəqib qapılarına yol tapıb. Hazırda hesabında 21 qol olan Elvin 2-ci liqanın bombardirlər siyahısında ikinci yerə yüksəlib. Nəsibovun yüksəlməkdə olan performansının hardan qaynaqlandığı barədə fikirlərini öyrəndik:
“Şəxsi performansımdan daha çox komandamın uğurları üçün çalışıram. Bu il “Füzuli” ilə çempionluq yaşamaq istəyirəm. Allaha şükür, hər şey qaydasındadı. Çempionluq üçün, komandam üçün əlimdən gələnin artığını edirəm”.


- Səni mövsümün ikinci yarısına motivasiya edən nədi? Yəni “Cəbrayıl”da edə bilmədiyini burda etməyinə nə səbəb oldu?
- Deməzdim ki, “Cəbrayıl”da alınmırdı. Sadəcə, aldığım zədələr imkan vermədi ki, orda daha çox oynayım və qol vurum. Sırf zədələr buna səbəb oldu.

- İndiki oyunun yuxarı liqa klublarının diqqətini çəkirmi? Səninlə maraqlanan varmı?
- Mövsümün əvvəlində də, qışda da təkliflərim var idi. Amma mən qərarımı “Füzuli”dən yana verdim və razılaşdıq. Çox şükür, hər şey yaxşı gedir. Yayda nə olacaq, necə olacaq - onu Allah bilir. İnşallah, xeyirlisi olar.

- Hansı klublardan təklif oldu?
- Komandaların adlarını açıqlamaq istəmirəm. Ümumilikdə həm 1-ci liqadan, həm də premyer-liqadan təkliflərim oldu.

- Hazırki performansın müsbətə doğru irəliləyir. Bəs, gələcək karyeranla bağlı ölkə xaricinə və ya elitaya getmək barədə düşünürsən?
- Əlbəttə, kim istəməz ki, yaxşı yerlərdə oynasın. Yenə də qismət. Xeyirlisi nədirsə, inşallah o da olar.

KAMAL SƏFƏR
Seçilən
81
Mənbələr
Şərh ()
Bağla