AZ

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub (FOTO/VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan MədəniyyətNazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi iləVenesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.

Trend xəbər verir ki,noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilərhər yerdədir” (“Foreigners Everywhere”) şüarı altındakeçirilir.

Azərbaycan pavilyonu Venesiyada 16-cı əsrin memarlıqabidələrindən olan Campo della Tanada yerləşir və“Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian toPink Planet: I Am Here”) mövzusunda təşkil olunaraqbiennalenin şüarını özündə əks etdirir.

Pavilyonun açılışında çıxış edən Azərbaycan RespublikasıPrezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoruAnar Ələkbərov ötən müddətdə Azərbaycan rəssamlarına Fondtərəfindən göstərilən dəstək layihələrini xatırladıb. Bildirib ki,Heydər Əliyev Fondu həmçinin Venesiya Biennalesində Azərbaycanınpavilyonlarının ərsəyə gəlməsində iştirak edir.

Anar Ələkbərov pavilyonumuzun yaradılmasında iştirak edənlərə, ocümlədən layihənin kuratoru - müasir incəsənət sahəsi üzrətənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesindəİtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisə (LucaBeatrice), Azərbaycanın Mədəniyyət Nazirliyinə, həmçininAzərbaycanın İtaliyadakı səfirliyinə təşəkkürünü bildirib.

Venesiya sərgisində Azərbaycan pavilyonunun kuratoru LukaBeatris isə Azərbaycanın müasir memarlığının tarixlə dialoqdaolduğunu, incəsənətimizin isə gələcəyə yönələn münasibətin ən sadiqgüzgüsü olduğunu bildirib. Luka Beatris tədbir iştirakçılarınıqədim ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün Bakıya səfəretməyə çağırıb.

Sonra qonaqlar Azərbaycan pavilyonu ilə tanış olublar.

Pavilyonumuzu ziyarət edənlər arasında BMT-nin Cenevrəbölməsinin baş direktoru Tatyana Valovaya, Venesiya Biennalesindətəmsil olunan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salembin Xalid Al Qassimi də olub.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesiçərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salembin Xalid Al Qassimi və digər ölkələrdən olan həmkarları iləgörüşüb. Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıqların inkişafı,birgə mədəni layihələrlə bağlı fikir mübadilələri aparılıb.

Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhurplatformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirakedir. 60-cı Venesiya Biennalesindəki Azərbaycan pavilyonundaəməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam VüsaləAğaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilikmövzusu tədqiq edilir, həmin mövzunun Azərbaycan üçün aktuallığıdiqqətə çatdırılır.

Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Venesiya
Məqalədə:
Seçilən
78
19
Mənbələr
Şərh ()
Bağla