AZ

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

Rusiya Avropada istilik mövsümünün başa çatmasına baxmayaraq, "Türk axını" vasitəsilə Avropa İttifaqına rekord həcmdə qaz tədarükünü davam etdirir. 

Valyuta.az xəbər verir ki, bu barədə RBC Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) və "Gazprom"un məlumatlarına istinadən yazıb.

Nəşrin hesablamalarına görə, aprelin 1-dən aprelin 16-dək Rusiya Federasiyasından "Türk axını" ilə Avropa bazarına 543,3 milyon kubmetr qaz (illik müqayisədə +3,4%) daxil olub. Bu rəqəm dörd illik rekorddur.

İlin əvvəlindən bu istiqamətdə qaz ixracının həcmi 4,055 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün dəyərindən 40,2% çoxdur. Ukrayna ərazisindən tranziti nəzərə alaraq, "Gazprom" yanvar-aprel aylarında Avropaya təxminən 8,245 milyard kubmetr qaz göndərib.

Avropa istilik mövsümünü rekord qaz ehtiyatı ilə başa vurub. Mart ayının sonunda Avropanın yeraltı qaz anbarlarının (QQS) doluluq səviyyəsi 58,3% təşkil edib. Avropa Komissiyası qeyd edib ki, bu nəticə enerji təchizatının şaxələndirilməsi hesabına əldə edilib.

Paşa Məmmədli

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla