AZ

"Sumqayıt" "Turan Tovuz"a qalib gəlib 2-ci pilləyə yüksəldi

Bu gün Misli Premyer Liqasında 31-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk gündə 1 matç keçirilib.

"Turan Tovuz"  "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Sumqayıt" ən azı 1 günlüyünə - sabah keçiriləcək "Zirə" - "Neftçi" oyununun yekun nəticəsinə qədər 2-ci pilləyə yüksəlib. 

Turun digər matçları 20 və 21 aprel tarixlərində keçiriləcək.

19 aprel (cümə)

16:30. “Turan Tovuz” – “Sumqayıt” - 1:4 

Qollar: Şəhriyar Əliyev, 15-avtoqol (0:1), Erik Sorqa, 22 (0:2), Otto Con, 52-pen. (1:2), Səbuhi Abdullazadə, 88 (1:3), Cordan Rezabala, 90+5 (1:4)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
VAR: Rauf Cabarov

Tovuz şəhər stadionu

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

21 aprel (bazar)

16:30. “Kəpəz” –“ Sabah”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev

Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan”– “Səbail”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

“Liv Bona Dea Arena”

Bizim.Media
 

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla