AZ

“Mən günahkar axtarmıram, futbolçular uduzmaqdan qorxurdu”

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 31-ci turunda doğma meydanda "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Üzücü məğlubiyyət oldu. Oyuna yaxşı başladıq. İlk 10 dəqiqə üstünlüyümüzlə keçdi. Təəssüf ki, sonra 2 ardıcıl qol buraxdıq. Bəzi çatışmazlıqlarımız var idi. Oyunçularımız zədəli, cəzalı olduğuna görə bəzi dəyişiklikllər edirik. İlk hissədə rəqibdə hər şey alınırdı. İkinci yarıda oyunu çevirə bilərdik. Otto Conun qaçırdığı epizodlar matçın qırılma nöqtəsi oldu. Hələ mübarizə davam edir. Həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq lazımdır. Son həftələrdə hər kəs avrokuboklar haqda fikirləşirdi. Futbolçular uduzmaqdan qorxurdu. Bu məğlubiyyətin faydası da olacaq. Düz yoldayıq. Hər komanda məğlub ola bilər. Günahkar axtarmıram. İrəli baxacağıq. Həvəsdən düşsək, gələcəyimiz üçün böyük problem yarada bilər. Ümumən futbolçularım əllərindən gələni etdilər.

- Əvəzetmədən meydana girən futbolçuları start heyətində meydana buraxmamağınızın səbəbi nə idi?

- Bu gün komandada dayaq yarımmmüdafiəçisi yox idi. "Qəbələ" ilə matçda Ayxanı zədədən sonra risk edib oynatdıq. Bu gün tam hazır deyildi. "Sumqayıt" mərkəzdə ən aktiv komandadır. Bu gün məcburiyyətdən Emmanuel Hakmanı mərkəzdə oynatdıq. Fəridlə Ayxanı meydana buraxmaqla hücumu gücləndirməyə çalışdım. İkinci hissə bizim üstünlüyümüzlə keçdi.

- Matçdan əvvəl sosial şəbəkələrdə, mediada ajiotaj var idi. Bunun oyuna təsiri oldu?

- Belə ajiotajlar olacaq. Çempionatın sonudur. Psixoloji cəhətdən hazır olmalıyıq. Əgər söz-söhbətlər bizə pis təsir edirsə, gələcəyimiz üçün çətin olacaq.

- "Turan Tovuz"un oyunlarından əvvəl azarkeşlər elə ab-hava yaradır ki, sanki komandaya qarşı hakim haqsızlığı olacaq. Bu amillər futbolçulara təsir edir?

- Real danışaq. 1-2-ci dövrədə bizə qarşı çox səhvlər yaşanmışdı. Son matçlardakı səhvlər söz-söhbətə səbəb olur. Hansısa komandanın adını çəkmək mənə yaraşmaz.

- Komandanı toparlamaq çətin olmayacaq?

- İlk dəfə deyil ki, belə hadisələr olur. Məğlubiyyət olanda da komandanı hazır etməliyik. Gələn mövsümə daha hazır olmalıyıq. Futbolçularım dərk edib qarşıdakı matçlara hazır olacaqlar.

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla