AZ

ABŞ Çinə ultimatum verib

...Əgər Çin Avropa İttifaqı ilə yaxşı münasibətlər saxlamaq istəyirsə, Moskvaya yardımı dayandırmalıdır.

SİA Reuters-a istinadənxəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken G7 nazirlərinin İtaliyada keçirilən görüşündən sonra çıxışında deyib.

O qeyd edib ki, Çin Rusiya hərbi-sənaye kompleksi üçün məhsulların, o cümlədən xammal və silahlarkomponentlərininəsas tədarükçüsüdür.

Blinken xəbərdarlıq edib ki, Pekin Avropa ilə yaxşı münasibətlərdə qalmağı planlaşdırırsa, bu cür tədarükləri dayandırsa yaxşıdır. O, ÇXR-in imtinası halında hər hansı tədbir və ya sanksiyaları qeyd etməyib.

Bundan əvvəl Blinkenin Pekinə səfər etməyi planlaşdırdığı bildirilirdi.

Səfərin ABŞ-ın Çinin Rusiyaya silah tədarükü və pilotsuz təyyarələr və raketlərin yaradılması texnologiyasının ötürülməsi, həmçinin peyk görüntüləri ilə bağlı narahatlığı ilə bağlı olduğu bildirilir.

Nazlı

Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla