AZ

Zöhrə Ağamirova Dünya kubokunun finalında

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya kubokunda finala yüksəlib.

İdman.biz xəbər ki, o, halqa ilə çıxışda 33,650 xal toplayaraq, həlledici mərhələyə vəsiqə qazanıb.

Zöhrə təsnifat mərhələsini 4-cü pillədə başa vuraraq, ən güclü 8 gimanst arasında yer alıb. Çoxnövçülükdə 64,200 xal toplayan Ağamirova 12-ci yerdə qərarlaşıb.

Dünya çempionu Darya Varfolomeyeva halqa və topla çıxışda lider mövqeyini tutur. Almaniyalı gimnast 71,200 bal toplayıb. Növbəti yerləri bolqar Elvira Krasnobayeva (69,750) və italiyalı Sofiya Raffaeli (67,400) qərarlaşıb.

Qeyd edək ki, sabah Dünya kubokunda ilk qaliblər bəlli olacaq.

İdman.biz

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla