AZ

"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sumqayıt" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Üzücü məğlubiyyət oldu. Azarkeşlərimiz qarşısında qalib gəlmək istəyirdik. Oyuna yaxşı başladıq. Sonradan 2 qol buraxdıq. Bəzi çatışmazlıqlarımız var idi. Çempionatın bu yerində oyunçuların zədəli və cəzalı olması çətinlik yaradır. Tez dəyişiklik etdik. İkinci hissədə oyunu çevirə bilərdik. Otto Con 2 epizodda fərqlənsəydi, nəticə fərqli ola bilərdi. Münarizə davam edir. Burada fiziki və psixoloji hazır olmalıyıq. Bu basqılar olmalıdır ki, böyümək lazımdır. Son günlər hamı avrokuboklar haqda danışırdılar, yazırdılar. Buna görə də futbolçular uduzmaqdan qorxurdular. Oyundan sonra da dedim ki, bu məğlubiyyətlərdən yaxşı dərs çıxarmalıyıq. Böyükmək istəyirik. İnanıram ki, biz düz yoldayıq. Hər komanda məğlub ola bilər. Günahkar axtarmırıq. İrəli baxmaq lazımdır. Ruhdan düşsək, gələcək üçün çətin olacaq.

- Erkən əvəzetmələrin səbəbi nə idi?
- Dayaq yarımüdafiəçilərimiz yoxdur. "Qəbələ" ilə matçda Ayxanı zədədən sonra risk edib oynatdıq. Bu gün tam hazır deyildi. "Sumqayıt" mərkəzdə ən aktiv komandadır. Hərəkətlidirlər. Bu gün məcburiyyətdən Emmanuel Hakmanı mərkəzdə oynatdıq. Fəridlə Ayxanı meydana buraxmaqla hücumu gücləndirməyə çalışdım. İkinci hissə bizim üstünlüyümüzlə keçdi. Son 5 dəqiqəni çıxsaq. Bu gün rəqib də yaxşı oynadı.

- Oyundan əvvəl mediadakı ajiotajın komandaya nə kimi təsiri oldu?
- Belə şeylər olacaq. Buna psixoloji hazır olmalıyıq. Sona yaxınlaşdıqda belə şeylər olacaq. Komanda olaraq buna hazır olmalıyıq.

- Klub rəsmilərindən açıqlamalar olmayıb, amma sanki azarkeşlər elə hal yaradırlar ki, hər şey "Turan Tovuz"un əlehinədir. Sizcə, bu nədən qaynaqlanır?
- İkinci dövrədə bizə qarşı çox səhvlər oldu. Son oyunlarda səhvlər söz-söhbərlər yaradır. Bu ondan irəli gələ bilər.

- Qarşıdakı oyunlara komandanı psixoloji cəhətdən necə hazırlayacaqsınız?
- Qələbə qazananda komanda hazır olursa, məğlubiyyətə də hazır olmalıyıq. Gələn sezon üçün hazır olmalıyıq. Dərk edirlər onlar hər şeyi.
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla