Cinayət yolu ilə şəxslərə vurulmuş 77 668 996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib.
Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin kollegiya iclasında deyib.
Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1 572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.
Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu nəzərə çatdırıb.
10Mənbələr
-
demokrat.azAzərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib ( 5650933)
-
pravda.azAzərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib ( 5649868)
-
baki-xeber.comBu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 85 faizi açılıb ( 5649526)
-
oxu.azAzərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib ( 5648491)
-
tribunainfo.az“Cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib” ( 5647990)
-
xalqcebhesi.azBu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 85 faizi açılıb ( 5647927)
-
525.azAzərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib ( 5647195)
-
qaynarinfo.azCinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib ( 5646979)
-
milli.azBu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb ( 5646235)
-
az.trend.azBu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 85 faizi açılıb ( 5646064)