AZ

Çin ABŞ-ın Fələstinin BMT-yə üzvlüyünə veto qoymasına reaksiya verib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirilən gündəlik mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (UNSC) keçirilən səsvermə ilə bağlı qiymətləndirmə edib.

 

Oxu24.com  xəbər  verir   ki, Sözçü Lin, Fələstinin 2011-ci ildə etdiyi müraciətdə ABŞ-ın etirazına görə Şuranın qərarının dayandırıldığını, 13 il sonra isə Fələstinin BMT-yə tam üzvlük müraciətinin ABŞ-ın vetosu ilə bir daha rədd edildiyini bildirib. 

 

İsrail-Fələstin probleminin hələ də davam etdiyini və Qəzzada böyük bir humanitar böhrana səbəb olduğunu xatırladan Lin, “Fələstinin BMT-yə tam üzvlüyünə ABŞ veto qoysa da, beynəlxalq ictimaiyyətin Fələstin probleminə ədalətli və qalıcı bir həll tapacağına dair gözləntiləri var”,- deyə  qeyd   edib.

 

Müstəqil Fələstin dövlətinin nəsillər boyu fələstinlilərin arzusu olduğunu və BMT-yə tam üzvlüyün bu tarixi istiqamətdə atılan mühüm addım olduğunu vurğulayan Lin, “Çin Fələstin məsələsində həmişə sülh, ədalət və vicdan tərəfindədir. Biz Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyirik”,- deyə  bildirib.

 

Lin, Çinin Qəzzada müharibəni mümkün qədər tez bitirmək və humanitar böhranı yüngülləşdirmək üçün bütün əlaqədar tərəflərlə birlikdə səylərini davam etdirəcəyini və iki dövlətli həll üçün konstruktiv rol oynamağa hazır olduğunu bildirib.

 

Nigar

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla