AZ

Fransa və İngiltərə: İsrailin özünümüdafiə hüququ var

İranın İsfahan şəhərində bu gün səhər saatlarında baş verən hava hücumu ilə bağlı ilk açıqlamalar ölkələrdən gəlib.

News24.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani “eskalasiyanı azaltmağa” çağırıb və məsələnin G7-nin bugünkü iclasında qiymətləndiriləcəyini bildirib.

Fransa xarici işlər nazirinin müavini açıqlama verib: “İsrailin beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək hüququ var”.

Böyük Britaniyanın baş nazirliyi də İsrailin özünümüdafiə hüququna malik olduğunu bəyan edib. İrana qarşı hücumların mənbəyinin rəsmi olaraq təsdiqlənmədiyini bildirən Baş Nazirlik, israillilərə hazırda vacib olanın "gərginliyi azaltmaq" olduğunu bildirib.

Daha sonra Böyük Britaniyanın baş naziri Rişi Sunak da açıqlama verib.

İsrailin İran ərazisinə hücum etməsi xəbəri ilə bağlı spekulyasiya etməyin doğru olmayacağını deyən Sunak, "Yaxın Şərqdə böyük bir eskalasiya heç kimin xeyrinə deyil" dedi.

Britaniyanın baş naziri bunu da əlavə edib ki, o, Yaxın Şərqdə “sərin başların” üstünlük təşkil etməsini görmək istəyir.

Günel Məlikzadə


Seçilən
32
Mənbələr
Şərh ()
Bağla