AZ

Ermənistan öz silahlı qüvvələrini Qazaxın dörd kəndindən çıxarır

Bakı. Trend:

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum,Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.

Trend bu barədə erməniKİV-lərə istinadən xəbər verir.

Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonraErmənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək.

Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlətsərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasınınsəkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olanyeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıqəldə edilib.

Məqalədə:
Seçilən
20
19
Mənbələr
Şərh ()
Bağla