AZ

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Çin

Bakı, 19 aprel, AZƏRTAC

Çinin “Dövlət Dəmir Yolları”nın baş direktoru Çyan Minin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanın Türkmənbaşı dəniz limanına işgüzar səfər edib.

AZƏRTAC xəbər verir ki, Çinin nümayəndə heyəti limanın infrastrukturu, texniki təchizatı, imkanları və perspektivdəki inkişaf istiqamətləri ilə tanış olublar. Limanın əməkdaşları çinli qonaqlara bərə terminalının imkanları, marşrutlar, xidmətlər, bərə əlaqəsinin gələcək inkişafı barədə məlumat veriblər.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə ediblər.

Çin nümayəndələri Türkmənbaşı limanının imkanlarını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, limanın coğrafi mövqeyi, müasir infrastrukturu və böyük potensialı gələcək inkişafı üçün geniş imkanlar yaradıb.

Qeyd etmək lazımdır ki, Türkmənbaşı limanı ilə Bakı Beynəlxalq Ticarət Limanı arasında əməkdaşlıq əlaqələri mövcuddur. Türkmənistanın bu limanı Orta Dəhlizin bir hissəsidir.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla