Bakı, 19 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 47-yə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. “Turan Tovuz” isə 42 xalla altıncı pillədə qalıb.
Qeyd edək ki, turun digər görüşləri aprelin 20-21-də baş tutacaq.