AZ

Körpələrə ən çox qoyulan adlar açıqlandı

Türkiyə Statistika Təşkilatı (TÜİK) “Statistikaya sahib uşaqlar, 2023” bülleteni nəşr edib.

News24.az xəbər verir ki, 2023-cü ilin sonu etibarilə 85 milyon 372 min 377 nəfər olan Türkiyə əhalisinin 22 milyon 206 min 34-ü uşaq idi.

Uşaq əhalisinin 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edib.

2023-cü ildə doğulan körpələrə ən çox verilən oğlan adları Alparslan, Yusuf və Göktuğdur. Qız körpələrinə ən çox qoyulan adlar isə Asel, Zeynep və Defne olub.

Qeyd edək ki, doğulan oğlan körpələrin 8 min 957-sinə Alparslan, 5 min 538-inə Yusif, 5 min 361-nə Göktuğ, 8 min 114-nə Asel, 7 min 614-nə Zeynep, 6 min 895-nə isə Defne adı verilib. 

Günel Məlikzadə


Seçilən
29
Mənbələr
Şərh ()
Bağla