AZ

"Şahdağ Group"a protokol yazıldı

"Şahdağ Group" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.

Sadiq İsbəndərli

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla